Page 149 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 149

* * *
                            ...Bir də o ev vardı, dostum,
                            Bir də o ev...
                            Yaydı...
                            Günəş göy üzünü qarsımışdı
                            Biçilmiş zəminin,
                            Sapsarı kövşənlərin ortasında
                            Qaralırdı o evin məzarı...
                            Yaralı əllərini Allaha uzadıb durmuşdu
                            Yanğından qaralmış divarları...
                            Nə qapısı
                            Nə pəncərəsi
                            Nə damı...
                            Mənə nağıl edilən qarı kimiydi o ev...
                            Kədərinə çəkirdi adamı...
                            ...Bir də o ev vardı, dostum,
                            Bir də o ev...                                               Şeirlər
                            Kandarınacan gəlib çıxmışdı zəmi
                            Bərəkət...
                            Bərəkət...
                            Bərəkət...
                            Bütün kəndi şumlayıb buğda əkmişdilər                        Hədiyyə Şəfaqət.
                            Təkcə o,
                            O qarı evinin içində yanmağı seçmişdi
                            Dağıdılmağı seçmişdi...
                            Şumlanmağı seçmişdi və
                            Ondan da
                            Evindən də əl çəkmişdilər...
                            Bir də
                            Meyiti çıxmışdı ordan...
                            37-də güllələnən
                            Ərinin və oğlanlarının ruhuyla isitmişdi divarlarını
                            Uzun illər boyunca


                                                                                149
   144   145   146   147   148   149   150   151   152   153   154