Page 153 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 153

* * *
                            Heyyy….
                            Bu uzun yolçuluğun
                            Harasına gəlib çatdıq?
                            Dilək qapısının bağlı
                            Sırasına gəlib çatdıq…
                            Ömür dediyimiz nə ki,
                            Dönüb uşaqlaşdıq bir az
                            Yoxa yaxınlaşdıq bir az
                            Vardan uzaqlaşdıq bir az…
                            Özümüzə bir qıraqdan
                            Baxdığımız yerə gəldik
                            Hər gecənin səhərindən
                            Qorxduğumuz yerə gəldik…
                            Ey yerin-göyün sahibi                                        Şeirlər
                            Bizdən xəbərin oldumu?
                            Ruhumuza hopdurduğun
                            Sözdən xəbərin oldumu?…
                            Heyyy…
                            Zamansız!                                                    Hədiyyə Şəfaqət.
                            Heyyy…
                            Məkansız!
                            Zərrə-zərrə işıq adam
                            Səmaların qapısına
                            Çatıb dayanmışıq, adam!
                            …Bu yuxudan ayılmazlar…
                            Çaşıb
                            Oyanmışıq, adam…







                                                                                153
   148   149   150   151   152   153   154   155   156   157   158