Page 55 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 55

Doğmalar axına qarışıb gedir,
                            Kimdi bu dünyada əbədi qalan?
                            Körpə beşiyindən tabut düzəldir,
                            Həyatın bu günü, sabahı yalan.

                            Hansı dost əlini buraxmadı ki?
                            Nə düşmən görmədin arxadan vuran.
                            Sevdiyin boynunu qucaqladı ki,
                            Bir gün özgəsinə dəyişsin adam?

                            Kim qurub məkrli, qanlı oyunu?
                            Uduzanı kimdir, udanı kimdir?
                            De görüm, Adəmi yaradan Allah,
                            Dünyanın sonuncu adamı kimdi?


                            Mən adi şairəm, sən isə Tanrı.                               Şeirlər
                            Sən haqq sahibisən, qüdrət sahibi.
                            Kiməm ki?
                                                                                         Arzu Hüseyn.
                            Bir bədən, bir ruh, bir ağrı.
                            Sən işıq sahibi, zülmət sahibi.


                            Nə olar əlimi uzalı qoyma,
                            Yolunu itirmiş bəndənəm sənin.
                            Bütün külliyyatım sənə məhəbbət,
                            Bütün şeirlərim duadır mənim.


                            * * *
                            Zamanmı günahkar, yoxsa tərəddüd?
                            Qorxular güc gəldi cəsarətinə.
                            İndi arzuların imkanı məhdud,
                            Gecikən sevginin bəraəti nə?


                                                                                 55
   50   51   52   53   54   55   56   57   58   59   60