Page 59 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 59

Doğulacaq qadın


                         Məndən sonra doğulacaq qadın
                         ruhumu vəsiyyət edirəm sənə...
                         Gələn bütün kişiləri,
                         şeirlərimi,
                         bir də sevgimi vəsiyyət edirəm.
                         Sevilməyini istəyirəm...
                         Məni düsün bu seiri oxurkən,
                         bizi düşün...
                         Dünyanın ən xosbəxti  ol,
                         ən bədbəxti də –
                         mənim kimi...
                         Hərdən
                         qəlbini rahat burax,
                         hərdən də günah işlət.
                         Səndən öncə bir şair qadın vardı                                Şeirlər
                         bir az məsum, bir az günahkardı.
                         Bir adi qadın vardı,
                         bir  dəlisov qadın
                         bütün qadınlar o idi.                                           Aysel Əlizadə.
                         ....yaşardı,
                         sakit yaşardı,
                         sevgiləri,
                         ayrılıqları vardı.
                         Ən gözəl kişiləri
                         ən pis qadınlara bağışlayardı.
                         Bir qadın vardı...
                         Bir tərəfi həmişə sevgi qoxardı
                         bir tərəfi yalnızlıq olardı...
                         ...Sənə kədərimi vəsiyyət edirəm.
                         Bilirəm,
                         kədər yaraşacaq sənə,

                                                                                 59
   54   55   56   57   58   59   60   61   62   63   64