Page 95 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 95

Babamın əlləri


                               Müharibə əliliydi babam,
                               aldığı təqaüdün qəpiklərini
                               gizlədərdi əlində.
                               “Tapın görüm, hansı əlimdədi?
                               Pul, tapanındı”
                               oynardı bizimlə.
                               Ancaq heç vaxt tapmadıq
                               qəpikləri hansı əlində gizlətdiyini.
                               görəsən, bilirdimi
                               biz bilirik
                               bir əlini müharibədə itirdiyini...


                               Uşaqliq illərim asan keçməyib
                                                                                         Şeirlər
                               Çətin keçib uşaqlığım,
                               ayaqqabım yırtılardı
                               böyüyəndə ayağım.
                               Ayağınız böyüməsin deyə                                   Emin Piri.
                               dua etmisinizmi heç?!
                               Uşaqlıq illərim asan keçməyib...
                               Bir az çətin olub uşaq illərim.

                               Sərhədin
                               tikanlı məftilləri kimi görünərdi
                               kasıb uşaqlarının gözündə
                               məktəb bufetinin qapısı.
                               O sərhədi keçə bilmək
                               bəlkə də, həyatımızın
                               ən böyük inqilabı.
                               alın yazımıza qarşı
                               ən böyük üsyan idi.

                                                                                 95
   90   91   92   93   94   95   96   97   98   99   100