Page 97 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 97
Sağ qalan varmı?!.
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
soba yanında
gecəyarısı bir qız
məktub yazır səngərə. Şeirlər
anasının yarıyuxulu
“qızım, yatmamısan?”
sualına diksinib Emin Piri.
“üşüyürəm, ana,
odun atıram sobaya”...
Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu...
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir
taqım komandirinin:
“kimsə sağdı?!”
97