Page 116 - Əlifba
P. 116

AĞACLARIN ŞİKAYƏTİ







                                               Şikayәt edir bağçalar-bağlar:
                                               «Bizi incidirlәr dәcәl uşaqlar.
                                             Harda gül görsәlәr, dәcәllәr dәrir,

                                              Yamyaşıl bağlara çox zәrәr verir.
                                              Nadinclәr gәzirlәr yaşıl bağları,
                                              Qırır, sındırırlar göy budaqları».
                                           Göy yarpaqlar açmış körpә budaqlar
                                           deyir: «Qırmayın bizi, siz, ay uşaqlar!
                                              Boy atıb yay vaxtı dirçәlirik biz,
                                               Ürәklәr oxşayır yaşıl kölgәmiz.
                                            Bağlarda gәzmәyin bir qaydası var:
                                               Ağacı qırmasın gәrәk uşaqlar.

                                             Gәlin, dәcәllikdәn siz tez әl çәkin,
                                             Bacardıqca siz çox gül-çiçәk әkin.
                                                Bol ağac әkәrsә uşaqlar әgәr,
                                         Bağa dönәr hәr kәnd, hәm dә hәr şәhәr!»

                                                                Mirmehdi Seyidzadә























                               1. Ağacları vә çiçәklәri kim incidir?
                               2. Uşaqlar niyә ağacları incidirlәr?
                               3. Sәn necә, ağac budağı qırırsan?
                               4. Tәbiәti qorumaq üçün nә etmәk lazımdır?
                               5. Uşaqlar bol ağac әkәrsә, nә baş verәr?
                               6. Bağçanın şikayәtini dәftәrinә köçür.
                 116
   111   112   113   114   115   116   117   118   119   120   121