Page 128 - Əlifba
P. 128

YARPAQ NİYƏ SARALIR?






                                           Süsəni heyrət alır:

                                                  Yarpaq niyə saralır?
                                           Niyə ağacdan bir-bir
                                                  Yarpaq yerə dağılır?

                                           Hər tərəf xəzəl olur,
                                                  Amma nə gözəl olur!
                                           Sarı xəzəlli bağa,

                                                  Diqqətlə baxa-baxa
                                           Gəzir hər yanı Süsən.

                                                  Görür, saralıb çəmən,
                                           Solub quruyur otlar,
                                                  Birdən sıx-sıx buludlar

                                           qaralır... Şimşək çaxır!
                                                  Güclü yağışlar yağır...

                                           Evə doğru qaçır qız,
                                                  Deyir: – Gəlibdir payız!


                                                                      Məmməd Aslan




                    1. Süsәni nә heyrәtlәndirdi?
                    2. Süsәn payızın gәldiyini nәdәn bildi?
                    3.Payızın gәlişini tәsvir et.
                    4. «xәzәl» sözünün mәnasını izah et vә cümlәdә işlәt.



                              Tapmacanı dәftәrinә köçür


                               Yağış yağanda

                               Çimәr, yuyunar,

                               Yazda geyinәr,

                               Qışda soyunar.
                 128
   123   124   125   126   127   128   129   130   131   132   133