Page 92 - Əlifba
P. 92

AZƏRBAYCAN DİLİ






















                     Hәr bir xalqı digәr xalqlardan fәrqlәndirәn, ilk növbәdә onun dilidir. Biz
                  azәrbaycanlıyıq, dilimiz – Azәrbaycan dilidir. Bu dili xalqımızın dahi şairlәri,
                  yazıçıları öz әsәrlәri ilә bütün dünyaya tanıdıb.


                                      Bu gün azaddilli Azәrbaycanam!
                                      O taylı-bu taylı vahid bir canam!
                                      Baxır ögey kimi ağbirçәk anam
                                      Öz ana dilini bilmәyәnlәrә!


                                      Bu dil şirinlikdә şәrbәt kimidir,
                                      Saflığı, qorunan sәrhәd kimidir,
                                      Anamız Vәtәn dә qürbәt kimidir
                                      Öz ana dilini bilmәyәnlәrә!


                                                             Tofiq Bayram

                     Biz digәr xalqların  dillәrini dә öyrәnmәliyik, lakin öz ana dilimizi heç
                  zaman unutmamalı, onu qorumalı vә sevmәliyik.


                  1. Şeiri öyrәn.
                  2. «dil» sözünün neçә mәnası var? Bu sözü  hәr iki mәnada cümlәdә işlәt.
                  3. Nә üçün Vәtәn ana dilini bilmәyәn üçün qürbәtdir?

                  4. «dilavәr» vә «dilim» sözlәrini hecalara böl vә mәnalarını izah et.


                                Dәftәrinә köçür


                            Anamız Vәtәn dә qürbәt kimidir
                            Öz ana dilini bilmәyәnlәrә!


                  92
   87   88   89   90   91   92   93   94   95   96   97