Page 96 - Əlifba
P. 96

HİMN
                      Himnimizin sözlәri – şair Әhmәd Cavadın, musiqisi – dahi bәstәkar

                   Üzeyir Hacıbәylinindir.


                                                  Azәrbaycan himni
                                              Azәrbaycan, Azәrbaycan!
                                         Ey qәhrәman övladın şanlı Vәtәni!
                                      Sәndәn ötrü can vermәyә cümlә hazırız!
                                     Sәndәn ötrü qan tökmәyә cümlә qadiriz!
                                          Üçrәngli bayrağınla mәsud yaşa!
                   Әhmәd Cavad                                                         Üzeyir Hacıbәyli
                                              Minlәrlә can qurban oldu,
                                              Sinәn hәrbә meydan oldu!
                                               Hüququndan keçәn әsgәr
                                               Hәrә bir qәhrәman oldu!
                                                 Sәn olasan gülüstan,
                                               Sәnә hәr an can qurban!
                                                Sәnә min bir mәhәbbәt
                                               Sinәmdә tutmuş mәkan!
                                               Namusunu hifz etmәyә,
                                               Bayrağını yüksәltmәyә,
                                             Cümlә gәnclәr müştaqdır!
                                               Şanlı Vәtәn, şanlı Vәtәn!
                                              Azәrbaycan, Azәrbaycan!
                                              Azәrbaycan! Azәrbaycan!
                                                                Әhmәd Cavad


                  1. Himni  öyrәn.                                           Sözlük
                  2. «mәsud» vә  «müştaq» sözünün                mәsud – xoşbәxt
                     mәnasını izah et. Bu sözlәri әvәz           müştaq – can atmaq, sәy gös -
                     edәn sözlәri tap vә cümlә qur.              tәrmәk, çalışmaq

                  3. «sәda» sözünü әvәz edәn sözü tap            cümlә hazırız – hamılıqla ha -
                     vә cümlәdә işlәt.                           zırıq
                                                                 cümlә qadiriz –  hamılıqla
                                                                 qadirik
                      Dәftәrinә köçür

                             Vәtәn bizә anamız qәdәr әzizdir. Onu hәr za -

                             man qorumalı, gün-gündәn gözәllәşib çiçәklәn -

                             mәsinә çalışmalıyıq.
                  96
   91   92   93   94   95   96   97   98   99   100   101