Page 111 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 111

...Analogiya-1


                         Həyatı taleyə uduzan sayaq
                         uduzdun məni.
                         İnsanlar didərgin düşəndə itirdiklərini,
                         Sən məni uduzanda itirdin.
                         Köçkünlər haradan, necə,
                         nələri qoyub gəldiklərini
                         unutduqları qədər dəhşətli idi
                         məni unutmağın.
                         Xatirələr Xocalı şəhidlərinə bənzəyir,
                         Ölüsünün də bircə salamatı yoxdur –
                         başıkəsik,
                         beyni tökük,
                         dərisi soyulmuş,
                         gözləri oyulmuş.
                         Arzular urvatsız qazilər kimi                                   Şeirlər
                         Çıxılmaz vəziyyətdədirlər –
                         Nə özləri ölə bilir,
                         Nə məni öldürə.                                                 Feyziyyə.
                         Müasir qəhrəmanlar
                         itirilmiş torpaqların adlarını
                         şadlıq saraylarına qoyduqları kimi
                         adımı qızına qoydun.
                         İndi mən
                         yaddaşında dəhşətli kadrlar olan,
                         heç kimin sevmədiyi
                         sənədli filməm.
                         Mənimçün hər gün
                         Şəhid xatirələrin anım gecəsidir,
                         Mənimçün hər yer Qarabağ,
                         Hər yol döyüş küçəsidir.



                                                                                111
   106   107   108   109   110   111   112   113   114   115   116