Page 115 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 115

Adajio

                       dünən...
                       dağıldı sevgi üçbucağı – o getdi, ikimiz qaldıq gecə kafesində
                       gecə kafesindəki bütün baxışlar üzərimizdəydi sanki
                       sonra mən bir az sevincək, sən bir az məyus oldun
                       onun getdiyinəmi, mənimlə qaldığınamı, bilmirəm
                       səssizcə ağlamaq keçirdi içindən
                       o isə nə sevindi, nə də məyus oldu,
                       üstəlik hesabı da ödədi gedərkən...
                       bəyaz  pərdələrlə qapanıb gecəni üç yerə böldük səninlə
                       yorulduq, bitdik, tükəndik
                       içimizdə ehtirasın amansızca yatırdığı bir kölə üsyanı
                       atəşimiz soyudu, beynimiz zəhərli fikirlərlə doldu
                       yanaşı söndürülmüş siqaret kötüklərinə bənzədik                   Şeirlər
                       sonra sən bir az sevincək, mən bir az məyus oldum
                       onun getdiyinəmi, mənimlə qaldığınamı, bilmirəm
                       bir bəhanə tapıb hirslənmək də keçdi içimdən,
                       hirsləndim və getdim ...                                          Fərhad Mete.

                       bu gün dünənkiylə  eyni saatda
                       gecə kafesiylə evinizin arasındayam,
                       bəhanəm var sizə gəlməyə – evinizə daha yaxınam
                       qapında dayanmışam, nə məyusam, nə də sevincək,
                       çox soyuqdu, acmışam, üşüyürəm
                       aç qapını, səni, deyəsən, sevirəm...










                                                                                115
   110   111   112   113   114   115   116   117   118   119   120