Page 116 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 116

Gənc yazarların ədəbiyyat almanaxı





                           * * *
                           görüşdük. gizləndik. iki pilləkən yuxarı qalxdın
                           öpüşdük. getdin...
                           bağırdım, çağırdım, pıçıldadım, dönmədin
                           adın dilimə yapışdı,
                           su içmədim, çörək yemədim
                           qorxdum ki, qanıma  qarışarsan
                           tək qaldım, mübtəla oldum qorxulara
                           dua etdim qaranlıqlarda
                           gücüm bircə kəlməyə yetdi
                           ilahi, dedim... ilahi...
                           sonra onlar gəldilər – tanımadığım yad adamlar
                           boyları boyumdan uca, addımları addımlarımdan iri
                           hamısı canlı, hamısı diri
                           qapımı döydülər,
                           işıqları yandırdılar, bir bütöv çörəyi böldülər
                           su içirdilər
                           qorxum, təlaşım çəkildi getdi, pəncərəmi açdılar
                           “onun adını ucadan söylə”, dedilər
                           adının hər hərfini bir quş alıb apardı
                           qalxdılar getmək üçün, sonuncu ayaq saxladı və dedi:
                           “bir böyük yatağın üstündə iki nəfər –
                           biri ölər, biri qalar...”
                           yatdım, yuxumda çatlamış toxum gördüm
                           içindən ağac çıxdı, altında quşlar kölgələndi
                           bir də o adam, yanında su və bir bütöv çörək
                           gülümsəyək dedi: “xoş gəldin...”









               116
   111   112   113   114   115   116   117   118   119   120   121