Page 117 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 117

İstədiyin kimi


                       İstədiyin kimi oldum
                       İstədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan,
                       gülümsəyən gözlərində böyütdün məni
                       sonra hazır sabahları yaratdım sənin üçün
                       sən yatmışkən
                       qaranlıqlardan keçən hazır sabahları,
                       küçələrdə ölmüş quşlara can verdim,
                       ayaqlarıma yıxılan  yalmanan köpəklərin başını tumarladım
                       hürməsinlər deyə
                       ağacların qəddini düzəltdim, çiçəkləri rənglədim
                       divara yazılmış “sevirəm” sözünün üstünü qaraladım
                       sabah yenidən oxuyasan deyə.
                       Bütün səsləri içimə çəkdim, oyanmayasan deyə.                     Şeirlər
                       Sonra sənə yuxuları verdim qarma-qarışıq,
                       Sirrini yalnız mən bildiyim yuxuları
                       içində ölmüş quşlar, qəddi əyilmiş ağaclar,
                       rəngsiz çiçəklər, üstünə qaçıb ayaqlarına yıxılan küçə köpəkləri,  Fərhad Mete.
                       bir də bəyaz divarda “üstəgəl” və “bərabərlik” işarəsi,
                       sirrini tək mən bildiyim qarma-qarışıq yuxuları verdim sənə
                       hər sabah onları nəyəsə oxşadasan deyə.
                       sonra qayıdıb yatağına gəldim, uzun-uzadı üzünə baxdım
                       və dedim astadan, pıçıltı ilə, istədiyin kimi oldum,
                       istədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan
                       səni sevdiyim üçün
                       mən – atasız, utancaq və qorxaq yeniyetmə...








                                                                                117
   112   113   114   115   116   117   118   119   120   121   122