Page 156 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 156

Gənc yazarların ədəbiyyat almanaxı

                                * * *
                                çıxıb gedəsən,
                                hamıdan xəbərsiz uzaqlaşasan
                                dostlardan, doğmalardan...
                                hamı öldüyünü düşünə,
                                ya da itkin düşdüyünü...

                                onsuz da
                                bir az torpağın üzü soyuqdu,
                                bir az adamların üzü...
                                bizdə soyuqlar tez düşür,
                                üşüyür damların üzü...

                                çıxasan gecələr yola,
                                qayıdasan səhər yoldan.
                                tıxana sözün boğazı,
                                asıla bir qəhər yoldan...

                                gedəsən qayıtmaq üçün,
                                gedəsən, qayıtmayasan...

                                və beləcə unudulasan
                                bir kimsəsiz məzar kimi...



                                atam deyərdi

                                dəyişib dünyanın rəngi,
                                bir zaman,
                                hamı bir-birinə adam deyərdi.
                                adamlar itirib adamlığını,
                                özüm öz içimdə yadam, deyərdi.

                                haqqı  misra-misra taxdım dilimə,
                                sözü bayraq kimi aldım əlimə,

               156
   151   152   153   154   155   156   157   158   159   160   161