Page 157 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 157
vətən vətən olsa, səni olümə,
göndərib, sonra da şadam, deyərdi.
söz tutmur, quruyub haqqın dodağı,
zülmün köynəyindən keçib sınağı,
bir qurtum ümid ver ölümqabağı,
rahatca uyuyub yatam, deyərdi.
məni doğru yola çəkib əllərim,
harda ölüm varsa, ordadır yerim.
həqiqət üstündə soyulsun dərim,
bircə bu arzuma çatam, deyərdi.
dilimi anlamaz hər naşı sözdən,
zaman çox axıdıb göz yaşı sözdən,
qoysunlar mənimçün başdaşı sözdən,
məzarım ən rahat odam, deyərdi.
Şeirlər
çeynəyib tüpürək bu yalan sözü,
Xalid Mahmud.
öldürüb-dirildən, can alan sözü,
dilimin ucunda qaralan sözü,
qopar, sən de barı, atam deyərdi.
ümid yeri
gecənin səssizlik mahnısını
oxuyur külək,
yerini dəyişməkdədi
kəfənsiz ulduzlar kimi günlər.
əcəlin qucağına düşdü
uşaqlıq arzularımın səsi,
yəni ölüm vurmuş
yarpaqları xatırlayır ömür…
157