Page 176 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 176
Gənc yazarların ədəbiyyat almanaxı
Qərb küləyi ilə köçün ruhuma –
mənimlə birgə qocalın.
Qucaqlaşaq Sizinlə bu tərzdə
qırmızı buludlar altında,
ətirli görüş yeri –
sapsarı limonluqlar arasında...
Ab İmo Pectore! 1
Tanrıya ithafən...
Uşaq əmizdirir on yaş kiçiyim
küçədə ayaqyalın üşüyə-üşüyə...
Mən
2
Masterin barmaqlarından öpürəm!
Girov qoyur ömrünü yaşıdım bir halqa üzüyə
məbəddə kəbin vədi ilə...
Mən
Masterin barmaqlarından öpürəm!
Çözülməz ip dolanır bu vaxt göyərçin ayaqlarına,
buğda dənlədiyi yerdə…
Mən
Masterin barmaqlarından öpürəm!
Küçük ulayır yetimliyinə bu gecənin içində
bir ağız sümük, bir əl sığal naminə...
1 Ab İmo Pectore – səmimi-qəlbdən (lat.)
2 Master – Lövhi-məhfuz müəllifi, tək olan Allah nəzərdə tutulur.
176