Page 173 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 173

Dəmir çarpayıda qızdırma


                         Sevgili Moskva
                         və ordakı uşaqlığım – qırmızı çantalı qızcığaz,

                         qızdırmanın içində
                         otuz yaşıma kürəyi üstə uzanmışam çarpayıda,
                         gözlərimi yumub addımlayıram
                         üzü “Voykovskaya” metrosuna...

                         Tavandan özünü asan lampanın işığı
                         arsızca gözlərimə dolur,
                         canlandırdığım küçəni
                         sakinləri qarışıq narıncı untək qovurur.


                         Sonra
                         var gücü ilə üfürür qovurduğu un yığınını                       Şeirlər
                         göz qapaqlarıma.
                                                                                         Könül Arif.
                         Hər tərəf sapsarı şüa...
                         O əzəmətli küçə bir andaca yanıb-sovrulur.

                         22:16. Otuz doqquz dərəcə qızdırma...
                         18:30-dan bəri bu dar otağa gur işıq saçan
                         kiçik elektrik lampasıyla
                         çarpışmaqdayam.


                         00:23. Sevgili Moskva... Sənə qaçmaqda
                         ayaqlarım kimi gözlərim də acizdir indi –
                         qızdırma güllə yarası kimi
                         yıxıb məni bu dəmir çarpayıya.
                         Üstəlik
                         tavandan axan 100 voltluq elektrik lampa...



                                                                                173
   168   169   170   171   172   173   174   175   176   177   178