Page 171 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 171

Qız


                            Yuxuma qonaq gəlmişdin,
                            adını unutduğum qız.
                            Bulaq kimi qaynar olan
                            gözünü qurutduğum qız.

                            Öz bildiyini sayanda,
                            dərd üstünə əl qoyanda,
                            dünyadan cana doyanda
                            dərdimi ovutduğum qız.

                            Rast gəldin necə birinə?!                                    Şeirlər
                            Bağlandın qəm zəncirinə.
                                                                                         İn	qam Yaşar.
                            Öz yaşamım xatirinə,
                            həyatdan soyutduğum qız.























                                                                                171
   166   167   168   169   170   171   172   173   174   175   176