Page 192 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 192

Gənc yazarların ədəbiyyat almanaxı

                             * * *
                             Anam nənəmi çimizdirirdi
                             birinci suyu tökürdü,
                             sabunlayırdı,
                             sonra su tökürdü yenə
                             köpüklü su tökülürdü nənəmin
                             büzüşmüş dəriylə örtülmüş kürəyindən
                             dərisinin içindəki nənəm
                             halsız idi,
                             bədənindən süzülən köpüklər kimi.
                             sonra kisələyirdi nənəmi anam,
                             bədənindən çirki tökülürdü dənə-dənə,
                             ömrü kimi.

                             Sonra nənəm öldü,
                             kisə qurudu,
                             su kəsildi...

                             Yenə su gəlir bizə,
                             anam çimmək istəyir...



                             * * *
                             sentyabrı idi qadının
                             quru yarpaqları vardı
                             t ö
                             k ü
                             l
                             ür
                             d
                             ü
                             topuqlarından qopub qopub
                             yol idi, gedirdi qadın azalaraq alıb alıb


               192
   187   188   189   190   191   192   193   194   195   196   197