Page 197 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 197

Mən buludların oğluyam...


                               İndi bir “ah”lıq canım var
                               Nəfəs ciyərimdə sürgün...
                               Azalıram bir az, bir az
                               Yox oluram hər gün, hər gün...

                               Gözlərimdə qalan günlər
                               Bir-bir düşdü gözlərimdən...
                               Yığılan qəmim, qəhərim
                               Daşmır, daşmır gözlərimdən!


                               Gözümdə həvəsmi qalıb
                               Bir daşı daş üstə qoyam?
                               Əllərimdən göy yapışıb,                                   Şeirlər
                               Mən buludların oğluyam...
                                                                                         Məhəmməd Turan.


                               Yoxluğun yaxın mənə...

                               Həsrətin yeddi arşın,
                               Yoxluğun yaxın mənə.
                               Bir eşq duasına dön,
                               Astaca oxun mənə.


                               Mən yorardım yolları
                               Bu dərd məni yormasa.
                               Arada zəng et barı,
                               Sevinim heç olmasa.



                                                                                197
   192   193   194   195   196   197   198   199   200   201   202