Page 193 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 193

içini, dırnaqlarını, saçlarını
                         dizlərini, bir də adamın gəldiyi s a a t l a r ı
                         gecənin üçünü, taksinin sarısını, adamın düşdüyü səkini
                         tramvayın ən arxa oturacağının qarşısını
                         bir də azaldığı
                         yerləri
                         yerləri
                         tö
                         külür
                         d u qadın
                         ölürdü

                         * * *
                         Adam corabının qoxusuyla necə doğmalaşarsa –
                         tək olar, kefsiz olar,
                         elə evə gəldiyi kimi də corablarıyla yatarsa günlərlə
                         bax, elə doğmalaşmışdın mənə,                                   Şeirlər
                         corablarım kimi
                         tək idim, kefsiz idim,
                         elə gördüyüm kimi də öyrəşmişdim sənə
                         daha çox, daha çox istəyirdim                                   Leyla Nənə.
                         eşidib görməyi,
                         getdiyin yollarla getdim, danışdığın yerlərə getdim
                         görüb eşitmək üçün
                         amma mən oralara çatanda, sən artıq
                         get
                         miş
                         din.

                         Hətta, bir dəfə
                         avtobusla getdin
                         qaçıb minmək istədim




                                                                                193
   188   189   190   191   192   193   194   195   196   197   198