Page 203 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 203

Şuşasızlığıma

                            Uzaqda
                            Səngər dayaz, baş uca
                            Uzaqda
                            Bu sübh namazında
                            Hər səcdə başqa bir ümid:
                            – Sağsan!
                            Ölümlə səni ayırar addımlar,
                            O, şahdamarından da yaxın
                            İlk güllə ilə bərabər açılar “Allahu Əkbər”.
                            Başının üstündə ölüm rəqsini edərkən
                            Kəpənək qəlpələr                                             Şeirlər
                            Qunut tutduğun əllərinə qonar
                            Ananın bəslədiyi o ac göyərçinlər
                            Zaman gözüyaşlı itkin bir uşaq
                            Sahibi üçün ağladıqlarında axarsan
                            Ruku...
                            Səcdə...                                                     Mirbəhram Əzimbəyli.
                            Həmin ümid:
                            – Sən... yenə də sağsan!
                            Başını qoyarkən möhürün üzərinə
                            Yadına düşər minaya düşən dostların
                            Nicat, Elçin, Ələkbər
                            Bir də başsız Hüseyn
                            Təşəhhüd...
                            Yenə “Allahu Əkbər”
                            2 rükətdir:
                            Nəfəs alınar


                                                                                203
   198   199   200   201   202   203   204   205   206   207   208