Page 205 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 205
Lənət
Eminönündə idim
Suların arxasında
Minarədə yenə həmin ağrı
Səni arzuladım
İstanbulu içdim
Boğazımda qaldın
Bütün yazıq ilanların şərəfinə idi
Kız kulesinde ürəyimə sancılanlar
İndi hansı körpü birləşdirər bizi
Metronu da gözləmə
Soruşdum, bu il açılmaz.
Bitdi, bitdi, bitdi...
Elə Laləlidə, həmin otel otağında
Rusça danışırdılar qonşu qadınlar
Üşüdüm, çox üşüdüm yayın ortasında
Ümidim? Şeirlər
O, bir göyərçin
“Uçduğun” təyyarənin motorunda
Paramparça!
Ağlamadım, bağışla
Hə, erkəklər ağlamaz (!)
Yox, söyüş də söymürəm daha Mirbəhram Əzimbəyli.
Bilirsən, lənətdir oxuduqlarım,
Məsələn, elə bu: “Səni sevmirəm”
Anama şeir
Kəndirdən sallanan qadın cəsədi,
Anamın ipdən asdığı paltarlara düşən qar dənəcikləri!
Bu mart günündə dişlərini qıcayan ac qurd kimi ölüm gəzir
aramızda...
Ana, əllərini ver, gözlərinə basdır gözlərimi!
205