Page 200 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 200

Gənc yazarların ədəbiyyat almanaxı









                                   Tonqal


                                   Boynu bükük qalıb bu boz tonqalın
                                   Başına fırlanan bir kəsi yoxdu...
                                   Bütün çır-çırpısı alovdan yalın,
                                   Kül olub, qırmızı çöhrəsi yoxdu...

                                   Niyə yaddan çıxıb, görəsən, Allah,
                                   Ümidi alışan bu tənha tonqal?
                                   Eh... külü sovrulub öz ürəyinə
                                   Danışmır, ağlayır, kirimişcə, lal...

                                   Hanı bu tonqalı quran yiyəsi?
                                   Bayram nəşəsindən qaçaqmı yoxsa?
                                   Vallah, bağışlamaz Quran yiyəsi,
                                   İnsan bu bayramı kinində boğsa...

                                   Bəlkə də, ürəyi yandı tonqalın,
                                   İldırım səsiydi – amanı, ünü!
                                   Elə bu tonqalın göz yaşlarıymış,
                                   Buluddan töküldü bu bayram günü.













               200
   195   196   197   198   199   200   201   202   203   204   205