Page 237 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 237

Xəyalı özündən böyük adamlar

                            Bir gecəlik qonağımdı, qalacaq,
                            Mənlə birgə xəyallara dalacaq.
                            Ayılacam, yenə də yox olacaq,
                            Oyatmayın, şirindi bu yuxular.


                            Öz-özümə düşmənəm mən axşamlar,
                            Göz yaşlarım gizli qəlbimə damlar.
                            Xəyalı özündən böyük adamlar,
                            Büdrəyəndə öz içindən yıxılar.


                            Son ümidə kimi soya da səni,
                            Danışa, dinləyə, duya da səni.
                            Onun toxunuşu oyada səni,                                    Şeirlər
                            Bir andaca qəm-kədərin yox olar.
                                                                                         Ramil Mərzili.
                            Öz yeri var hər ağrının, acının,
                            Adı  “Sən”miş bu dərdin əlacının.
                            Əllərimdən ətri gəldi saçının,
                            Ovcumdamı gizlənibmiş qoxular?!


















                                                                                237
   232   233   234   235   236   237   238   239   240   241   242