Page 236 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 236

Gənc yazarların ədəbiyyat almanaxı





                                İkimizin  şeiri

                                Dodaq susa, göz dillənə,
                                Alov sönə, köz dillənə,
                                Üstümə yüz göz zillənə,
                                Görməyə heç kimsə məni.
                                Oğurlanıb hər baxışdan
                                Sənin gözünə görünəm..

                                Əsir alıb bir gecəni,
                                Səmada ayı uyudaq.
                                Mürgüləyən sərçələri,
                                Pıçıltılarla oyadaq.
                                Leysan yağa, əsə külək,
                                Üşüyüb sənə bürünəm.

                                Səsin gələ, qaçam sənə,
                                Sıxam köksümə, ağlayam.
                                Təkrarlayam dönə-dönə
                                Səni sevirəm, ay Adam!
                                İşıq olmaq istədim lap,
                                Kölgəmiz boyu sürünəm.

                                Bircə buna sevinirəm,
                                Yüzlər içində birinəm.
                                Mən sənin bu kainatda,
                                Dayanacaq son yerinəm.








               236
   231   232   233   234   235   236   237   238   239   240   241