Page 240 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 240

Gənc yazarların ədəbiyyat almanaxı

                                kağız üzlüklərdir,
                                paltar yığınıdı,
                                kitab qalasıdı...
                                Heç vaxt balıq qızartmadığım
                                qaz sobasıdır...
                                Özümlə aparıb-gətirdiyim
                                mehmanxana havasıdı
                                sənsiz...

                                Yaxındayam, balıqçı,
                                gəlirəm,
                                atıram özümü dənizə –
                                balıq olmağa...
                                Heç yana aparmazsan,
                                heç kəsə satmazsan...
                                Ya atarsan,
                                ya tutarsan...
                                Torunda məni görüb sevinsən…
                                bəsimdi...



                                Aynur üçün


                                Qızım, paltarını yığ, yığış, gedək,
                                daha buralarda bir işimiz yox.
                                Bizim indimiz yox, keçmişimiz yox,
                                bircə yolumuz var, o da gələcək.

                                Biz güclü deyilik, zəifik, zəif,
                                gələr üstümüzə daşla adamlar.
                                Baş aça bilmərik nə istəyirlər
                                Bu cavan adamlar, yaşlı adamlar.



               240
   235   236   237   238   239   240   241   242   243   244   245