Page 243 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 243

Nağıl


                            Mənim ömrüm nağıldı –
                            nə gəzirsən içində?
                            Yoxdur bir qəhrəmanım
                            sən cilddə, sən biçimdə.
                            Sən bu dar küçələrdə
                            azarsan, karıxarsan.
                            Birdənəm, bu nağılda
                            özün də darıxarsan.
                            Axtarma almaları,
                            almalar əvvəl vardı.
                            Gecikdin, divlər gəldi,
                            gördü, aldı, apardı...
                            Sona çatır nağılım:
                            biri var, biri yoxdu.                                        Şeirlər
                            Nə gəzirsən, qırxıncı
                            qapının sirri yoxdu.
                            Boylanma, baxma yola –                                       Rəbiqə.
                            nə işıq var, nə də it.
                            Hələ ki, görən yoxdu,
                            Gələn yoxdu, özün get.


















                                                                                243
   238   239   240   241   242   243   244   245   246   247   248