Page 245 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 245
Mənim şeirlərim qarabağlıdı
Hərə bir zümzümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır...
Məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isti saxlayır...
Gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi, donu əlimdə...
Mən də böyüməyə tərəf qaçardım,
qarğı atım vardı – onun belində...
Gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə şəkil çəkməyə...
“Klas”a bir yastı daş axtarardım, Şeirlər
indi daş gəzirəm bir ev tikməyə...
Ruslan Dost Əli.
Deyimmi, xəlvətcə ağac başına
çıxıb yuvaları yoxlamağımı;
Körpə budaqlardan yay-ox düzəldib,
günahsız göy üzün oxlamağımı?
Canım bahasına ala bilmərəm,
suyu qiymətinə satdıqlarımı...
Sonradan səngərdə döyüşən gördüm,
taxta avtomatla “atdıqlarım”ı...
Götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi, gəlmədi –
Mənim uşaqlığım, ah... uşaqlığım
kağız gəmilərdə batdı, gəlmədi...
245