Page 269 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 269
Beatriçeyə...
Biz kiçik dərdlərdən xilas olub,
Böyük bəlalara düşəcəyimizi bilsək,
yəqin, böyüməzdik,
Böyüməzdik, Beatriçe...
90-cı illərin toz-dumanı
hələ də ciyərimizdədi,
ciyərimizdədi, Beatriçe...
Sənin çiynində ağ göyərçin,
saçlarında sünbül
bizimsə bir ayağımız
hələ də cəbhədədi,
ayağını müharibədə itirmiş yaşlı veteran kimi.
İldırım dünyanı döyəcləyən kimi
döyəcləyir başımızı o qocanın əsası. Şeirlər
Qulağımızdasa orta əsr cəngavərlərinin
qılınclarının cingiltisi...
İndi “hər şey yaxşı olacaq” cümləsidi
təsəllilərin ən pisi. Ulucay Akif.
Cünki biz böyümüşük,
böyümüşük, Beatriçe...
Qoca palıdın üstündə oturan
yaşlı qarğa qarıldayır:
“Hər kəs ölür, ancaq hamı yaşamır”
Hər kəs ölür, ancaq hamı yaşamır, Beatriçe...
Hə, Beatriçe...
İndi mən də ölməkdən yox,
Yaşamamaqdan qorxuram.
Yaşamamaqdan qorxuram, Beatriçe...
269