Page 265 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 265

Dekabr şeiri...


                            nə uzaq küçələr vardı uşaqlığımızda,
                            nə uzaq şəhərlər oldu sonralar.
                            böyüdükcə dəyişir uzaqlar da,
                            küçələr də.
                            küçə-küçə
                            şəhər-şəhər uzaq olur adamlar...


                            sən də bir küçə seç getməzdən öncə,
                            bir şəhər şeç unutmağa,
                            bir uzaq seç darıxmağa...
                            sən də getməzdən öncə
                            bir az dəyiş,
                            bir az uzaq ol,
                            sonra get.
                            bu qədər yaxşıykən getmə, nə olar...                         Şeirlər
                            bilirsənmi
                            çətin olur yaxşıların gedişi...


                            ən sonuncu dostum da oğraş  çıxmamış,
                            bilirsənmi,                                                  Şəhriyar Del Gerani.
                            axşam düşməmiş,
                            şər qarışmamış getmə...
                            çətin olur
                            yağışlarda son görüş,
                            parklarda skamyalar qurumamış getmə...

                            sən bilmirsən
                            çətin olur payızlarda darıxmaq...
                            ən sonuncu yarpaqlar da düşməmiş,
                            torpağa qarışmamış,
                            bir az qal, nə olar,

                                                                                265
   260   261   262   263   264   265   266   267   268   269   270