Page 267 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 267
səndən sonuncu istəyim
məni xatırlasan
uzaqlarda qəzaya düşmüş
sərnişinsiz qatar kimi xatırla.
heç bilmirəm torpaq suyu içirsə
adamları neynir?
Darıxmağın adı
sən axı bilmirsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...
sən axı bilmirsən
sənin yoxluğun
hamıdan, hər şeydən Şeirlər
beş-betər olur.
sən axı bilmirsən
əlim qurusun –
sənə açmadığım zəng zəhər olur...
günəş zəhər olur
gün zəhər olur, Şəhriyar Del Gerani.
yağış zəhər olur
yol zəhər olur,
bir qurtum araqla
bir siqaretlə
uzanır gecələr
taa... səhər olur...
sən axı bilmirsən
hardan biləsən
üzünnən irağ –
it kimi darıxmağ nə təhər olur...
267