Page 277 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 277
Bətnində böyüyən körpəmizin də,
Ömrü qısa oldu, üçaylıq oldu.
Ayrıldıq, bəlkə də, şeytana uyub,
Bəlkə, bir işinə yaramamışdım.
Saçını doyunca öpüb oxşayıb,
Saçını doyunca daramamışdım.
İndi yaşamağa gərək tapmıram,
Həyatım gözünün yaşında gedib.
Gəzirəm sinəmdə ürək tapmıram,
Ürəyim sən gedən maşında gedib.
Çiləndim su kimi yoluna axdım,
Sənin gedişinə qarşılıq idi.
Sən getdin... Arxanca doyunca baxdım,
İlahi, nə gözəl ayrılıq idi...
Şeirlər
Bilməzsən...
Bilməzsən, gözümün yuxusuzluğu,
İndi yatağıma xəyanət olub. Vasif Zöhraboğlu.
Daha ayrılığın qorxusuzluğu,
Səni unutmağa cəsarət olub.
Bilməzsən, ağrımı nələr kiridir,
Kölgəni yığıram ağ pərdələrdən.
Hər gün qoşalaşıb intihar edir,
Gözlərim asılıb pəncərələrdən.
Bilməzsən, ürəyi ovutmaq olmur,
Ömrün tufanından, qasırğasından.
Daha bir qadını yaratmaq olmur,
Bir tənha kişinin qabırğasından.
277