Page 279 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 279
Sənin də daş olmaq imiş taleyin,
Məni unutmağa yaddaşın yoxdu.
Yaşasam, sevməyə qəlbin, ürəyin,
Ölsəm, ağlamağa göz yaşın yoxdu.
Daha tapındırma məni özünə,
Daha daş gözlərin mənə baxmasın….
İlahi, rəhm eylə bu yer üzünə,
Analar qız doğsun, heykəl doğmasın!
İlk məhəbbətin...
Gözlərin gülürmü, üzün gülürmü,
Köçdüyün ünvanın, yerin necədir?
Mənimtək qadanı ala bilirmi,
Nazına dözürmü, ərin necədir?
Özünü çox üzmə, başına dönüm,
Göndər, mənə gəlsin qəmin, həsrətin. Şeirlər
Əzəldən belədir, ay ömrüm-günüm,
Ömrü uzun olmur ilk məhəbbətin.
Hərdən xatırlayıb nişanda, toyda,
Doymazsan adımı əzizləməkdən. Vasif Zöhraboğlu.
Mənimsə gözlərim pəncərə boyda,
Böyüyər hər axşam yol gözləməkdən.
Gözləmək əbəsdir, əbəs, bəlkə də,
Bu gün də xəyaldır dünən dediyim.
Bu şanlı-şöhrətli böyük ölkə də,
Tək sizin küçəymiş vətən dediyim.
Cavandıq, bilmədik bir həqiqəti,
Dedilər, ümidlər sonunda ölür.
Bütün oğlanların ilk məhəbbəti,
Qızların gəlinlik donunda ölür…
279