Page 281 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 281

Kimsə  bilməyə


                               Bir ayrılıq mahnısına,
                               Süzəsən, kimsə bilməyə.
                               Yola salıb sevdiyini,
                               Küsəsən, kimsə bilməyə...

                               Yolları izsiz keçəsən,
                               Qəm içindən qəm seçəsən
                               Güzgüdən sor, gör necəsən,
                               Necəsən, kimsə bilməyə...


                               Tellər qıvrıla yanaqda,
                               Əlin quruya dodaqda.
                               Sakit, qaranlıq otaqda                                    Şeirlər
                               Öləsən, kimsə bilməyə...
                                                                                         Vüsalə Süleyman.


                               Payız adam...

                               Bahar-bahar çiçək açıb,
                               Payız-payız soluram mən.
                               Qaşlarından yol almışam,
                               Gözün kimi doluram mən.


                               Baxtım hey naxış dilənir,
                               Gözlərim baxış dilənir.
                               Saçlarıma qar ələnir,
                               Bircə-bircə yoluram mən.



                                                                                281
   276   277   278   279   280   281   282   283   284   285   286