Page 287 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 287

MONOTON


               Q         onşumuz Datikonun öldüyü gün təzə ilə hazırlıq görürdük. Evin
                                               I
                         köhnəlmiş görkəminə əl gəzdirmiş, bildirdənqalma paltarlarımızı
                         dəyişdirmiş, hər şeyin xoşbəxtliklə dopdolu olduğuna inanmışdıq.
               Təzə ilə az qalmış, hələ qar yağmamışdı. Amma dünən gecənin gird yarısı hava
           tutaşmış, boz-bulanlıq bir görüntü qarşımızı kəsdirmişdi.
               ...Sonra içəriyə soyuq hücum çəkdi, öz əlimizlə yaratdığımız istilik çəkilib getdi.
           Pəncərədə qar göründü. Qardaşım qarın yağmasına sevindi və xoş müjdə verən
           adamlar kimi məni səslədi. Onun soyuğa sevinməyində anlaşılmazlıq vardı.
               Yorğanımı üstümdən kənara atıb pəncərəyə yaxınlaşdım. Soyuq mənimlə birgə
           hərəkət edirdi. Buza dönmüş əllərimi bir-birinə sürtsəm də, çarə olmur, dondurucu
           hava iliyimə işləyirdi.
               Obaşdan Datikonun ölümü məhəlləyə təzə yağmış qar kimi səssizcə ələndi. Özgə
           vaxt gürcülər ertədən çölə-bacaya çıxır, bərkdən bir-birləriylə danışır, bizimkilərin
           yatağan olmağını lağa qoyurdular.
               Evdən səs-səmir gəlməyəndə anam duyuq düşdü, bir an nə edəcəyini bilmədən
           soyuqdan keyimiş adamlar kimi yerində donub-qaldı. Pəncərədən çölə, ələnən qara  Monoton
           baxdı, sonra çönüb evin içinə göz gəzdirdi. Tələsik o biri otağa keçdi. Bir azdan onun
           həmişəki kimi şux səsini eşitdim: “Gedək görək noolub”. Ağlımdan keçirtdim ki, o, bu
           sözləri mənə deyil, pəncərə şüşəsinə hopmuş əksinə deyir.
               Aşağı düşəndə qonşudan çığırtı qopdu. Sanki bu qışqırıq bayaqdan qapılarını  Ayxan Ayvaz.
           kəsdirən sükutu uzaqlaşdırmaq üçün idi.
               Evin kir-pas atmış, köhnə, bükülən qocanı xatırladan görkəmi mənə kəndimizi
           xatırlatdı. İndi orda da hər şey qar kimi sehrli sükuta bürünmüşdü.
               Anam qapını yelli-yelli döyəndə, kiminsə pəncəsi üstündə xırda addımlarla
           yaxınlaşdığını hiss etdim. Sükut o qədər dərindi ki, anamın ürəyindən keçən sözləri
           eşidəcəyimi zənn etdim. Başındakı şalı düzəldib boşluğa baxan adamlar kimi tərpənməz
           durmuşdu. Onun görkəminə illərcə üzünü görmədiyi hansısa doğmasının qəfil gəlişinə
           şaşırmış bir ifadə hopmuşdu.
               Qapı cırıltıyla açıldı, makiyajsız, üzü-gözü soluxmuş Ninanın başı eşiyə çıxdı. Anam
                                      1
           ağzını açmamış: “Qaço moquda” – dedi və cavab gözləmədən qapıdan aralandı. Anam
           ehtiyatla addım atdı, elə bil nəsə deməli olduğunu anlayırdı, ancaq susmuşdu, sükutun
           içində səssiz irəliləyirdi.

                                                                                287

           1  “Qaço moquda” (gür.)  – Kişi öldü.
   282   283   284   285   286   287   288   289   290   291   292