Page 284 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 284

Gənc yazarların ədəbiyyat almanaxı








                                   Günahdır mənim adım

                                   Bütün günü tək qalıb, xiffətini udmuşam,
                                   Başımı itirmişəm, özümü unutmuşam.
                                   Məni bağışlayarsan, xəlvət bir iş tutmuşam
                                   Günahdır mənim adım...


                                   Ürəyimi ağrıdır, tənə dolu sözlərin,
                                   Üstünə su calama, canımdakı közlərin.
                                   Axıtma göz yaşını öpülməli gözlərin,
                                   Sınaqdır mənim adım...

                                   Bu daxmanı uçursan, tikib qurtararsanmı?
                                   Dərd toxumdu, könlümə əkib qurtararsanmı?
                                   Sən məni ömürboyu çəkib qurtararsanmı?
                                   Bir ahdır mənim adım.

                                   Dönüb zülmətin olar, saçlarımın kölgəsi,
                                   Bircə anda dağılar, yurdu, eli, ölkəsi.
                                   İndiyəcən bu eşqin cücərməyib bəlkəsi,
                                   Sabahdır mənim adım.

                                   Düşüb xatirələrin çölün düzündə qalar,
                                   Son ümidim toz kimi ayaq izində qalar.
                                   Bir gün çıxıb gedərəm, əlin dizində qalar,
                                   Qonaqdır mənim adım...







               284
   279   280   281   282   283   284   285   286   287   288   289