Page 283 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 283
Aparar xəyallarımla gerçəkliyin bir-birini tanımadığı,
Varlıqla yoxluğun düşmən olduğu uzaqlara...
Orda unudulanlar unudanları gözlər.
Mən küləkdən qorxuram,
həm də çox qorxuram,
Çox, lap çox...
Yazıram...
Dərd yazıram, qəm yazıram,
Qələmimdə nəm, yazıram..
Ağla qara, xeyirlə şər,
Yerlə göyü cəm yazıram.
Burda kimin əli olub? Şeirlər
Göz yaşım dağ seli olub.
Məhəbbətdən “dəli” olub,
Getdi bəxtikəm, yazıram.
Ölümü tez dada bilsəm, Vüsalə Süleyman.
Qəhər gəlir, uda bilsəm..
Ruhumla vidalaşıram,
İçimdə sitəm, yazıram..
283