Page 307 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 307

– Heç… Elə-belə. Özü də mən balaca deyiləm. Bir evin kişisiyəm.
               – Baho, onu kim deyib sənə?
               – Anam.
               – Belə de… Anan daha nə deyir?
               – Deyir ki, atan o boyda ordunu qoruya bilir, sən ikicə nəfəri qoruya
           bilməyəcəksən? Mənə balaca deməyin...
               Məhəmməd dayı bu dəfə Ciminin filmini gətirdiyini desə də, qutudan nə cürsə
           “Şərikli çörək” çıxmışdı. Film başlayanda klubda aləm dəydi bir-birinə, Məhəmməd
           dayını fitə basdılar; Məhəmməd dayı rayondan kimisə söydü ki, qutuları qarışdırıb,
           sonra nə oldusa, hamı bir anda kiridi; sonra filmdə öz adımı eşitdim, həmişəki kimi film
           başlayandan sonra evə getmədim, həyətdə oturub səsini dinləməyə, filmi gözümdə
           canlandırmağa başladım. Ancaq bunu Məhəmməd dayıya deyəmmədim.
               – Yaxşı, kimin oğlusan? – papirosuna son dərin qullabını vurub soruşdu. Səsinin
           tonu da tamam dəyişmişdi.
               – Fərhadın.
               – Hansı Fərhad? O Qarabağda döyüşən Fərhad?
               – Hə, Məhəmməd əmi…
               – Yaxşı, kişi oğlu, adını bilmək olar?                                    İt oğlu
               – Vaqif…
               – Hə, Vaqif, bu, lap möcüzədi ki… Ancaq burda boş-bekar dayanmaqdan bir şey
           çıxmaz. Gəl, əmiyə kömək elə. Tək çatdırmıram. Elə ordan da baxarsan. Pulları da sən
           yığarsan bundan sonra. Sənin də payın olacaq a. Kişi deyilsənmi?..            Çinarə Ömray.
               Bir anlıq qulaqlarıma inanmadım. Demək, bundan sonra adamları içəri mən
           buraxacaqdım. Aparat köşkünün pəncərəsindən filmi də seyr edə biləcəkdim. Üstəlik
           lent qırıqlarından özümə götürə biləcək, ən əsası isə evimizə çörək qazanacaqdım.
               Məhəmməd əminin qapqara kömür kimi üzü vardı. Tərdən işıldardı. Arabir projek-
           torun işığı üzünə düşərdi, illah da dava filmləri gedəndə, deyərdin, üzündə savaş gedir.
           Mərmilər yağır üzünə, ah-nalə yüksəlir, qanlar axır, alnındakı şırımda əsgərlər yerə sinir,
           düşmən gülləsindən qorunur, sonra düşməni məhv etmək üçün hücuma keçirdilər.
               Sonralar öyrəndim ki, Məhəmməd əmi atamla bir alayda döyüşüb, atam onu
           yaralanandan sonra döyüş meydanından çıxarıb, yarasını sarıyıb. Məhəmməd əmi
           deyirdi ki, bütün ailəsini Xocalıda itirib, indi dünyada kimsəsi yoxdu. Sonradan döyüşdə
           də bəxti gətirməyib, minaya düşüb, başı silkələnib, ayaqlarını itirib, indi həmişə
           beynində uğultu olur. Onu ordudan tərxis eləmişdilər, gəlib bizim qonşu kənddə yuva
           qurmuşdu özünə, tək-tənha yaşayırdı.
                                                                                307
   302   303   304   305   306   307   308   309   310   311   312