Page 303 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 303

Əvvəl ayran gəldi. Sonra ofisiant yekə boşqablarda dönəri stolun üstünə düzdü.
           Sonra getdi, gəlmədi. İbrahim müəllimin gözləməyə səbri çatmadı. Ofisiantı çağırıb lap
           astadan dedi:
               – Bizə çörək verirsən?
               – Çörək?
               – Hə də, çörək...
               – Çörək ətin altındadır...
               İbrahim müəllim ətrafa baxdı. Görsün ki, eşidən olmayıb? Sonra öz-özünə dedi:
           “eşitsinlər də, nolacaq?”  O da ofisianta baxıb gülümsədi.
               Balalarının iştahayla yeməyi İbrahim müəllimi sevindirirdi. Murad ayranı başına
           çəkəndə ağzı-burnu köpüklənirdi. Bizim coğrafiya müəllimi istəyirdi Muradın ağız-bur-
           nunu yesin, yalasın.
               Və Nərgiz bacı düz deyirdi: pencəyin pulu getdi.
               Bulvara təzəcə çıxmışdılar, İbrahim müəllimə zəng gəldi. Kim olsa yaxşıdır?
           Həsənağa. Ohooo. İbrahim müəllim əməllicə təəccübləndi. Həm də sevindi İbrahim
           müəllim, sevindi ki, Həsənağa küsməyib, Həsənağa kin saxlayan adam deyil. Pencək
           də yaddan çıxdı, pencəyin pulu da. Nərgiz bacının yol çəkən gözlərini unutdu, toba.
               – Can Həsənağa...
               – Məllim...
               – Can məllim, Həsənağa...
               – Yaxşısan?
               – Əla e, əla. Nə yaxşı zəng vurdun. – İstədi desin, məni xəcalətdən qurtardın, Coğrafiya müəlliminin pencəyi
           demədi.
               – Məllim, ay məllim, sən mənim suallarıma cavab verməlisən...
               – De gəlsin, Həsənağa...
               – Küləy nətər əsir e, yağış nətər yağır, gecə nətər düşür?!
               Bu tərəfdə İbrahim müəllim güldü, o tərəfdə Həsənağa. İbrahim müəllim küləkdən
           də danışdı, yağışdan da, gecədən də. Həsənağa yenə soruşdu ki, bəs qar necə yağır,
           dolu necə düşür? Necə olur, dənizlər daşmır, dağlar yerimir? Torpağı axıra qədər
           qazsan, hara çıxar? İbrahim müəllim danışıb güldükcə, Nərgiz bacı balalarına deyirdi
           ki, atanız dəli olub. Deyirdi, sonra o da qoşulurdu ərinə, gülürdü.           Cavid Zeynallı.
               – Bu gün Xədicə müəlliməni görmüşəm...
               – Kimi?
               – Xədicə müəlliməni də.
               İbrahim müəllimin içində nəsə qırıldı. Səsi getdi, gəlmədi. Ağlına ancaq bu gəldi:

                                                                                303
   298   299   300   301   302   303   304   305   306   307   308