Page 31 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 31

özünü məktuba atar beləcə,
                         Onun hədiyyəsi – gümüş boyunbağı
                         Səni darıxmaqdan asar beləcə...

                         İçinə daş alıb susar sol yanın,
                         baxıb əllərinə donub-qalarsan:
                         “İlahi, bəs onun əlləri hanı?”

                         Baxarsan rəsminə: “Əcəb yaşlanıb,
                         Özünə baxmır heç, kökəlib bir az,
                         Deyəsən, xəstədir lənətəgəlmiş
                         İnşallah, bu ilə salamat çıxmaz”.

                         Sonra eşidərsən qohum-tanışdan:
                         Deyərlər “keçmişin” yaman xəstədi.
                         Sən də deyinərsən dodaq altında
                         “Məni başa düşdük, it zülmü verdin
                         Ay Allah, bəs ondan sən nə istədin?!”                           Şeirlər
                         Ovcunda qırışar xatirələrin
                         İndi dözə bilsən, döz əllərinə...


                         Təsəlli verərsən öz əllərinə:                                   Aqşin Evrən.
                         “Əşşi xatirədir dəə, keçib gedəcək...”
                         Sıxıb dişlərini qımıldanarsan:
                         “İlahi, bu ağrı köçüb gedəcək?!”


                         Oğluna bir şeir oxutdurarsan,
                         qızına dərslərdə kömək edərsən,
                         deyərsən ki, “qızım, bu riyaziyyat ki var
                         bəzən bir nömrədən ibarət olur,
                         bəzən “O” sandığın əziz bir adam
                         vaxt keçir, kiçilir, sıfıra dönür”.

                         Sonra otağında var-gəl edərsən,
                         beləcə, yadından çıxar əllərin

                                                                                 31
   26   27   28   29   30   31   32   33   34   35   36