Page 30 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 30

Gənc yazarların ədəbiyyat almanaxı

                             Çətirimizin üstünə balaca mələklər yağır
                             Ölü dəniz balıq doğur
                             Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
                             Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
                             Ozon dəliyini örtürlər çərpələnglə
                             Bütün dinlərin surələri eynidir:
                             “Əxlaq”
                             Qocalar evində sükut, otaqlar boş,
                             Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
                             Teatrlarda anşlaq...
                             Bütün dövlətlərin adı Yer Kürəsidir,
                             bütün bayraqlar göyərçin qanadı,
                             bütün musiqilər körpə gülüşü
                             Bütün əlifbalarda eynidir hərflərin düzülüşü;
                             X,O,Ş,B,Ə,X,T,L,İ,K...
                             Biz də bu hərflərdən yapışıb yellənirik
                             Nə müharibə var,
                             nə göz yaşı, nə də qəm
                             Astaca pıçıldayıram sənə:
                             Əzizim, dodağını gətir söz deyirəm...



                             Ağrımağın resepti

                             Susanda ən yaxşı “unutmaq” susar...
                             Bir nəhəng, yaşılgöz, vəhşi darıxmaq
                             Səni otağının küncünə qısar.

                             Bəlkə, xəstəlikdi darıxmaq hissi,
                             Bu böyük ağrıyla yaşamaq yox e,
                             Vallah, ölmək pisdi... ölmək də pisdi...

                             Hərdən xatirələr üşüdər səni,
                             gəlib kirpiyinə duzlu göz yaşın

               30
   25   26   27   28   29   30   31   32   33   34   35