Page 29 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 29
Yaş köynəyin fotosu
İndi bütün gözləməklər qapında ölüb
Day o gəlmir deyə, pəncərən kor qalıb,
qapın da ölüb...
Elə bil saçın da onu tapmaqçün
uzanır harasa... harasa gedir
Sənin bədəninin özü evdədir
geyinib yarısı harasa gedir
Köynəyini ütüləyirsən, əlin üşüyür
Atıb getmək istəyirsən ağrıyır ayaqqabın
Bilirsən, ömürdən doğma biri gedəndə
Üşüyüb tez evə girər çöl qapın...
Asandı qab yumaq, yemək bişirmək Şeirlər
Bircə həmişə oturduğunuz skamya indi bir az soyuq,
Aqşin Evrən.
indi bir az kirlidi
İndi xatirələrə toxunmaq onun yaş köynəyini
elektrik xəttindən asmaq kimidi.
Bir dəfə Yer kürəsində
Göyqurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi;
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
29