Page 317 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 317

– Əgər mənim gəlinimi bu xəstəliyin caynağından qurtara bilsəniz, bu dünyada
           istəyib əldə etmədiyiniz hər şeyi əldə edəcəksiniz, sizə söz verirəm. Əlinizdən gələni
           əsirgəməyin, professor.
               – Belə gözəl gözləri olan qızla ilk dəfədir qarşılaşıram. Gözlərinin qəribə rəngi var.
           Dünən gecə-tünd göy idi. İndi isə dəniz mavisidir. Mən çalışacam.
               – Elçinin yanında belə deməyin.
               – Başa düşürəm..



                                             * * *
                                                                   8 avqust 2010-cu il.


               Göydə ulduz azdır. Bir azdan azan veriləcək. Bayaqdan xəstəxananın həyətində
           dolaşan qara pişik, mənə yaxınlaşdı. Düz önümdə dayanıb. Sağ böyrüm üstə skamyada
           uzanmışam, infeksiya şöbəsinin qarşısında. Görəsən, Dilbər niyə bu qədər çox yatır?
           Hərdən ağzından köpük də gəlir. Mənə deyirlər ki, bu, adi yuxudur. Bu, adi yuxu deyil,
           bilirəm. Hə, pişik, de görüm, Dilbər niyə bu qədər çox yatır? Sən bilirsən?
               Pişik ağzını azacıq açıb, qıcanırmış kimi dişlərini göstərdi. Üzümə diqqətlə baxıb  Quduz it
           mırıldadı.
               Üç şey eyni vaxtda baş verdi – qapının açılması, pişiyin mırıldaması, azanın
           başlanması. Qorxaraq uzandığım skamyadan dik atıldım. İnfeksiya şöbəsinin qapısını
           açan tibb bacısı ilk olaraq məni gördü. Atamla Dilbərin qardaşı maşında yuxuya
           getmişdilər.                                                                  Elçin Aslangil.
               – Siz, xəstənin həyat yoldaşı, zəhmət olmazsa, gəlin.
               Dəhlizdə dizlərim əsə-əsə qaçdım, Dilbərin yatdığı palataya doğru. Bu palata bir
           gün bundan əvvəl çox gözəl idi. Yeni yazdığım şeirlərdən birini, Dilbərə və onun
           gözəlliyinin işığına yığışmış tibb bacılarına söyləmişdim. Bəyənmişdilər. Bu dəhlizin
           uzunluğu iyirmi metrdən çox olmaz. Amma Dilbərə çatmaq üçün yol çox uzun oldu.
               – Bəli, tibb bacısı, eşidirəm sizi.
               – Heç nə.
               – Necə yəni heç nə? Dilbərin gözləri açıqdır, nə vaxt oyanıb yuxudan?
               – Oyanmayıb.
               – Gözüaçıq yatır?
               – Yox.
               – O, sizə nəsə dedi? Məni soruşmadı ki?
                                                                                317
   312   313   314   315   316   317   318   319   320   321   322