Page 321 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 321

– Sən mənim belə qoca olmağıma baxma, çox faydalıyam. Yarpaqlarımdan dolma
           bükürlər. Yarpaq dolmasını sevməyən adam tapılmaz. Meyvələrimi isə həm yeyirlər,
           həm şərab çəkirlər, həm də qurudub kişmiş hazırlayırlar.
               Cavid:
               – Anam sənin yarpaqlarıni tez-tez yığıb mətbəxə aparır. Deməli, dolma bişirir.
               Tənək özünü öyməyə davam etmək istəyirdi, amma Cavid artıq mışıl-mışıl yatırdı.
           Anası balaca oğlunun yatdığını görən kimi gəlib onu evə apardı.


                                            Yağış

               Şabalıd və Qonur ting əkmişdilər. Tezliklə böyüyüb ağac olmasını istəyirdilər.  Bunun
           üçün onu sulamaq lazım idi. Amma bulud tingin başı üstündə dayansa da, yağış olub
           yağmırdı. Dostlar buludu iynə ilə deşmək qərarına gəldilər. Ha hoppandılar,
           hoppandılar, əlləri çatmadı.
               Şabalıd:
               – Yaxşısı budur, zürafəyə məktub yazaq. Təcili gəlib bizə kömək etsin.
               Qonur:
               – Mən razı. Elə bu dəqiqə yazaram:
               Əziz zürafə, özünü bizə yetir.                                            Nağıl-hekayətlər
                                                                                                   İmza: dostların Şabalıd və Qonur

               Məktubu bitirdi. Quş düzəldib uçurdu. Kağız quş düz Afrikaya – zürafənin evinə
           düşdü. Heç iki gün keçmədi ki, zürafə dostlarının köməyinə gəldi. Buludu burnu ilə
                                                                                         Əfsanə Laçın.
           deşdi. Yağış yağmağa başladı. Dostlar çox sevinirdi.
               Günlər keçir, ting yavaş-yavaş böyüyürdü...



                              Balaca qızcığaz və balaca sərçə

               Sərçə,  balasını  yuvada  qoyub,  yem  dalınca  getdi. Sərçə balası çör-çöpdən
           düzəlmiş yuvada tək  qaldı. Birdən bərk  külək  əsdi, sərçə  balasını yuvadan yerə saldı.
           O uça  bilmirdi.  Axı o, bunun  üçün  hələ  çox  balaca  idi.
                Sarı  pişik  fürsəti  əldən  verməyib,  sərçə balasının  üstünə  şığıdı. Sərçə balası
           özünü tələsik bir bağçaya saldı. İsti bir  tərəfdən, qorxu  bir tərəfdən onu əldən salmışdı.
           Ürəyi elə döyünürdü  ki, elə  bil  indi yerindən çıxacaq.
                                                                                321
   316   317   318   319   320   321   322   323   324   325   326