Page 320 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 320

Gənc yazarların ədəbiyyat almanaxı

                                      Nağıl-hekayətlər


                                         Yeməli çilçıraqlar

                            avidgilin bağının dörd tərəfinə hündür hasar çəkilmişdi. Tənək ağacı isə
                            başının üstünü tavan kimi örtmüşdü. Tənəkdən üzüm salxımları
                   C sallanırdı. Üstündən o qədər üzüm sallanırdi ki, Cavid onları tavandan
               asılmış çilçıraqlara oxşadırdı.
                   Cavid çox balaca idi. İki yaşı ola, ya olmaya. Bir gün  Cavid hava alsın deyə anası
               onu uşaq arabasında bağçaya çıxartmışdı. Özü isə mətbəxdə xörək bişirirdi. Hərdən
               pəncərədən  boylanıb Cavidə baxırdı. O  isə çox darıxırdı. Axı heç kim onunla oynamırdı.
               Sakitcə uzanıb gözünü üzümlərə zilləmişdi.
                   Tənək Cavidin darıxdığını görüb onunla söhbət etməyə başladı:
                   – Salam, balaca.
                   Cavid sevincindən əl-qol atırdı. O, əlini yellədi. Tənək anladı. Cavid ondan soruşdu:
                   – Sən kimsən?
                   Tənək:
                   – Mənim adım Tənəkdir. Tənək ağacı.
                   Cavid əlini yenə yellədi.
                   Tənək:
                   – Bunlar yarpaqlarım, bunlar isə meyvələrimdi.
                   Cavid əlini üzümlərə toxundurmaq istədi, amma əli çatmadı.
                   Tənək:
                   – Meyvələrimin adı üzümdür.
                   Cavid:
                   – Sən heç ağaca oxşamırsan. Bir bax o biri meyvə ağaclarına, gör ayaq üstə necə
               durublar. Həm də cavandırlar, kökdürlər. Sən isə arıqsan, qocasan. Bütün bağa
               sarılmısan. Güclə dayanırsan.
                   Tənək:
                   – Bəs elə buna görə də mənə tənək deyirlər. Məni hansı bağban əksə, gərək ya bir
               ağaca, ya da bir divara tən əksin ki, mən də ona sarılıb pöhrə verim. Yoxsa mən bu əyri
               belimlə, çətin ki, ayaq üstə dura biləm.
                   Cavid:
                   – Amma meyvələrin gözəldi, lap çilçırağa bənzəyir. Anamın belə sırğaları da var.
                   Tənək:
               320
   315   316   317   318   319   320   321   322   323   324   325