Page 47 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 47

Şeir – dəniz, heyif, qayıq deyiləm


                               ...İlahi, bilirəm, nəsə bir şey var,
                               Edilən hörmətin, xətirin altda.
                               Görəsən, o adam nəyi gizlədib
                               Üstünə səpdiyi ətirin altda?!


                               Qışdan, yazdan çıxıb yaya giririk,
                               Yayda da çırmanıb çaya giririk.
                               Su ki aydınlıqdı, niyə giririk
                               Hər yağış yağanda çətirin altda?!

                               Ölüm gəlsə, ayıq-sayıq deyiləm,
                               Şeir – dəniz, heyif, qayıq deyiləm.
                               Gözəl bir cümləyə layiq deyiləm,
                               Məni basdırarsız sətirin altda...
                                                                                         Şeirlər
                               Bəlkə də, ilk alver göydə olubdu


                               ...Şımala, Cənuba, Şərqə, Qərbə bax,
                               Məhkum eyləyibdi qütblər bizi.                            Anar Amin.
                               Azadlıq deyəndə, bir-bir susdurub,
                               Sonra iki-iki tutublar bizi...


                               Gözümüz badədə, meydə olubdu,
                               İçməyə həvəs də, hey də olubdu.
                               Bəlkə də, ilk alver göydə olubdu,
                               Dünyadan dünyaya satıblar bizi...

                               Yaradan onlara agah eyləyib,
                               Onlar da buğdaya tamah eyləyib.
                               Adəm də, Həvva da günah eyləyib,
                               Ona görə yerə atıblar bizi...


                                                                                 47
   42   43   44   45   46   47   48   49   50   51   52