Page 42 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 42

Gənc yazarların ədəbiyyat almanaxı



                             Yanında olduğuna əmin olmaq üçün
                             əlini üzünə qoyub yoxlamaq istəyəsən...

                             Günlər uzanır. Heç kəs gəlmir...
                             Və sən bir-bir ölürsən...




                             Məni aldatdığınızı bilirəm

                             Məni aldatdığınızı bilirəm.
                             Bilirəm, qatarların hamısı silah daşıyır.
                             Sərnişin qatarlarını ləğv elədiniz,
                             İndi, onlar ancaq
                             Bütün cavanları
                             Müharibəyə aparacaq!
                             Məni aldatdığınızı bilirəm.
                             Otellər tikəcəksiniz deyə
                             Adamları evindən qovub,
                             Ağacların hamısını kəsdiniz.
                             Mənə axirəti xatırladır,
                             Yeraltı keçidləriniz.


                             Məni aldatdığınızı bilirəm.
                             Bunu bildiyim üçün
                             Evimə qonaq gəlməlidir
                             Qara pencəkli, hündür bir alçaq
                             Səhər isə təmirsiz evimdən,
                             Cansız cəsədim tapılacaq!
                             Martın son günləridir.
                             Ayaqüstə dayanıb
                             Hamının susduğu kimi susuram.



               42
   37   38   39   40   41   42   43   44   45   46   47