Page 65 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 65

* * *
                         Qadın evə gəldi.
                         Çantasından çoxlu iş,
                         dəftər-kitab,
                         yorğunluq,
                         səbəbsiz kədər,
                         boş ürək çıxardı
                         qoydu masaya.
                         Sonra
                         evdəki bişməmiş yeməyi,
                         oğlunun ağrıyan boğazını qoydu.
                         Bir azdan
                         bütün bunlardan bir sabah hazırlamalıydı:
                         ümidli,                                                         Şeirlər
                         işıqlı,
                         xoşbəxt bir sabah.
                         Qadın başını əllərinin arasında həbs etdi,
                         fikirləri uzaqlara getdi.                                       Aysel Novruz.
                         Yorğunluğunu soyunub
                         özü də
                         getmək istədi qadın.
                         Uzaqlara getmək istədi...















                                                                                 65
   60   61   62   63   64   65   66   67   68   69   70